Bakı. Trend:
Masallıda yanğın qeydə alınıb.
FHN-dən Trend-ə verilən məlumata görə,rayonun Xanalıyan kəndində ümumi sahəsi 220 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 110 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.