...

Şəmkirdə 6 otaqlı evdə yanğın olub, ev əşyaları yanıb

Hadisə Materials 8 Dekabr 2018 12:13 (UTC +04:00)
Şəmkir rayonunda yanğın faktı qeydə alınıb.
Şəmkirdə 6 otaqlı evdə yanğın olub, ev əşyaları yanıb

Bakı. Trend:

Şəmkir rayonunda yanğın faktı qeydə alınıb.

Trend-ə FHN-dən verilən məlumata görə, ümumi sahəsi 250 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 65 m² sahədə, yaxınlıqda tikilmiş ümumi sahəsi 200 m² olan ikimərtəbəli köməkçi tikilinin 1-ci mərtəbəsinin mətbəxində 1 ədəd məişət avadanlığı və 1 ədəd divan yanıb, yüksək temperaturdan evə bitişik talvarın lambirdən ibarət tavanı 60 m² sahədə əriyib. Evin, talvarın qalan hissəsi və köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti