...

Qazıqumlaq kəndində ev yanıb

Hadisə Materials 9 Dekabr 2018 08:55 (UTC +04:00)
Ucar rayonunun Qazıqumlaq kəndində ev yanıb
Qazıqumlaq kəndində ev yanıb

Bakı. Tural Turan - Trend:

Ucar rayonunun Qazıqumlaq kəndində ev yanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti