Bakı. Trend:
Quba rayonunun Amsarqışlaq kəndində ümumi sahəsi 500 kv.m olan birmərtəbəli orta məktəb binasının dam örtüyü və tavanı 120 kv.m sahədə yanıb.
Trend-in FHN-nin saytına istinadən məlumatına görə, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
x x x
19:16
Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada məktəbdə baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
Trend-in FHN-nin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Amsarqışlaq kəndində kənd orta məktəbində yanğın olması barədə məlumat daxil olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.