Bakı. Trend:
Sabunçuda ev yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 352 m² olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 m² sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.