...

Bakıda müştərinin bıçaqladığı kafe işçisi öldü

Hadisə Materials 17 Dekabr 2018 12:43 (UTC +04:00)
Bakıda kafedə qətl baş verib
Bakıda müştərinin bıçaqladığı kafe işçisi öldü

Bakı. Samir Əli - Trend:

Bakıda kafedə bıçaqlanma baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 16-da paytaxtın Nizami rayonu ərazisindəki kafelərin birində Bakı şəhər sakini İlham Soltanəliyev münaqişə zəminində orada işləyən Cəbrayıl rayon sakini Səbuhi Səfərovun ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib. S.Səfərov xəstəxanaya aparılarkən yolda ölüb.

25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən İ.Soltanəliyev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti