...

"Port Baku"da yanğın olub (VİDEO)

Hadisə Materials 27 Dekabr 2018 17:38 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Səbail rayonunda yerləşən “Port Baku” yaşayış kompleksində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, kompleksdəki mənzildə yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti