Bakı. Trend:
Balakəndə yanğın olub.
FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Şərif kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin və ümumi sahəsi 35 m² olan talvarın yanar konstruksiyaları yanıb.
Yüksək temperaturdan talvara bitişik birmərtəbəli evin eyvanının tavanı 4 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.