...

Bakıda partlayıcılara qarşı reyd - 6200 ədəd aşkarlandı

Hadisə Materials 28 Dekabr 2018 19:11 (UTC +04:00)
Partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb
Bakıda partlayıcılara qarşı reyd - 6200 ədəd aşkarlandı

Bakı. Samir Əli - Trend:

Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik və Bakı Şəhər Baş Polis idarələri əməkdaşlarının keçirdikləri növbəti reydlər zamanı Mir Cəlal küçəsində, “Sədərək” ticarət mərkəzində və Binə qəsəbəsi ərazisində 4 mağazadan ümumilikdə 6200 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti