...

Sumqayıtda 38 yaşlı kişi cərəyan vurması nəticəsində dünyasını dəyişib

Hadisə Materials 1 Yanvar 2019 19:18 (UTC +04:00)
Sumqayıtda 38 yaşlı kişini cərəyan vurub.
Sumqayıtda 38 yaşlı kişi cərəyan vurması nəticəsində dünyasını dəyişib

Bakı. Trend:

Sumqayıtda 38 yaşlı kişini cərəyan vurub.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində cərəyan vurması nəticəsində ölən 1990-cı il təvəllüdlü Əlməmmədov Elvin Kamran oğlunun meyitinin damdan götürülməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin qəza-xilasetmə dəstəsi E.Əlməmmədovun meyitini elektrik naqilindən ayıraraq damdan düşürüb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti