...

Nardaran sakini qanunsuz saxladığı silahı təhvil verdi

Hadisə Materials 9 Yanvar 2019 14:17 (UTC +04:00)
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.
Nardaran sakini qanunsuz saxladığı silahı təhvil verdi

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

DİN-dən Trend-ə verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əhməd Həsənov müvafiq sənədləri olan “Phoenix” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Sabirabad rayonunun Yolçubəyli kənd sakini Umudvar Bayramov da müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti