...

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 21 Yanvar 2019 12:53 (UTC +04:00)

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük əməkdaşları tərəfindən saxlanılıb və üzərində şəxsi yoxlama keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın üzərindəki qara gödəkçənin arxa astar hissəsində gömrük nəzarətindən gizlədilmiş 2 ədəd bükümdə qablaşdırması ilə birlikdə ümumi çəkisi 146 qram olan, tünd qəhvəyi rəngli narkotik vasitə - heroin və üzərində "M40" yazılı 37 ədəd metadon adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti