...

Bakıdan Naxçıvana narkotik aparmaq istəyən şəxs aeroportda saxlanılıb (FOTO)

Hadisə Materials 2 Fevral 2019 17:43 (UTC +04:00)
İbrahim Ələsgərov Heydər Əliyev Beynəlxalq Hava Limanının yerli uçuşlar terminalının qarşısında saxlanılıb.
Bakıdan Naxçıvana narkotik aparmaq istəyən şəxs aeroportda saxlanılıb (FOTO)

Bakı. Trend:

Hava Nəqliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1966-cı il təvəllüdlü İbrahim Ələsgərov Heydər Əliyev Beynəlxalq Hava Limanının yerli uçuşlar terminalının qarşısında saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, idarəyə gətirilən İ.Ələsgərovun üzərində şəxsi axtarış keçirilən zaman ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Həmin maddə tədqiq olunması üçün məhkəmə ekspertizasına göndərilib. Ekspertin verdiyi rəyə əsasən məlum olub ki, tədqiq edilmiş maddə narkotik vasitə olan qurudulmuş marixuanadır və çəkisi 1 kiloqram 34 qramdır.

Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və yaşadığı Naxçıvan Muxtar Respublikasına aparan zaman polislər tərəfindən saxlanıldığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti