...

Ötən gün borclu kimi axtarışda olan 50 nəfər saxlanılıb

Hadisə Materials 9 Fevral 2019 12:42 (UTC +04:00)
Əvvəlki dövrlərdən bağlı qalmış 35 cinayətin açılması təmin olunub.
Ötən gün borclu kimi axtarışda olan 50 nəfər saxlanılıb

Bakı. Trend:

Fevralın 8-dən 9-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 33 cinayətin üstü isti izlərlə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 35 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 67 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti