...

Göyçay sakinində heroin aşkarlanıb

Hadisə Materials 11 Fevral 2019 14:30 (UTC +04:00)
Göyçay sakinində heroin aşkarlanıb
Göyçay sakinində heroin aşkarlanıb

Bakı. Trend:

Göyçay sakinində heroin aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Elbrus Qaçayev saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı ümumi çəkisi 33,297 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti