...

Şirvanda qətl törədən Sabirabad sakini saxlanılıb

Hadisə Materials 13 Fevral 2019 13:39 (UTC +04:00)
Şirvanda kirayə qalan şəxs qətl törədib.
Şirvanda qətl törədən Sabirabad sakini saxlanılıb

Bakı. Trend:

Şirvanda kirayə qalan şəxs qətl törədib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 12-də saat 20 radələrində Şirvan şəhəri ərazisindən şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti