...

Metroda gecikmə olub - SƏBƏB "İçərişəhər"də qatarda nasazlıq

Hadisə Materials 14 Fevral 2019 08:48 (UTC +04:00)
Bakıda metroda qatarda problem yaranıb
Metroda gecikmə olub - SƏBƏB "İçərişəhər"də qatarda nasazlıq

Bakı. Samir Əli - Trend:

Metroda qatarların hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə metronun "İçərişəhər" stansiyasında baş verib: "Stansiyadan start götürən qatarda qəfil problem yaranıb. Nəticədə qatar platformadan 10 dəqiqə gec çıxıb. Bu da qatarların intervalında gecikməyə səbəb olub".

Onun sözlərinə görə, nasazlıq yaranan qatar depoya göndərilib.

Hazırda qatarlar 2 dəqiqə intervalla hərəkətlərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti