...

Sabunçuda 5 otaqlı ev yanıb

Hadisə Materials 15 Fevral 2019 15:37 (UTC +04:00)
Bakının Sabunçu rayonunda ümumi sahəsi 170 kv.m olan ev yanıb.
Sabunçuda 5 otaqlı ev yanıb

Bakı. Trend:

Bakının Sabunçu rayonunda ümumi sahəsi 170 kv.m olan ev yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Yüksək temperaturdan 1 otağın lambirindən ibarət tavanı 15 kv.m sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti