...

"Ebru Gündeşi Bakıya gətirib konsert verdirərəm" deyib dələduzluq edən müğənni sonunda...

Hadisə Materials 18 Fevral 2019 17:00 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Ebru Gündeşi Bakıya gətirib konsert verdirərəm" deyib dələduzluq edən müğənni sonunda...

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Vəlizadə 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Velizade production”ın rəhbəri, müğənni T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.

O, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert vermələrini təmin edəcəyini vəd edib.

T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs-qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti