...

Bakıda qulluqçu işlədiyi evdən oğurluq edən qadına hökm oxundu

Hadisə Materials 22 Fevral 2019 16:39 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gülər Piriyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakıda qulluqçu işlədiyi evdən oğurluq edən qadına hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gülər Piriyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə G.Piriyeva 6 il müddətinə azadlıqdan məhrum olunub.

İttihama əsasən, G.Piriyeva Vüsalə Bəşirovanının Bakıda yerləşən evində xadimə kimi çalışıb. O, işlədiyi dövrdə ev sahibinin mənzilindən 56 min manatlıq oğurluq edib.

V.Bəşirovanın hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan G.Piriyeva barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti