...

Hindistanda keyfiyyətsiz alkoqoldan ölənlərin sayı 50-ə çatıb

Hadisə Materials 23 Fevral 2019 08:35 (UTC +04:00)
Hindistanda ən azı 50 nəfər keyfiyyətsiz alkoqoldan zəhərlənərək həyatını itirib.
Hindistanda keyfiyyətsiz alkoqoldan ölənlərin sayı 50-ə çatıb

Bakı. Trend:

Hindistanda ən azı 50 nəfər keyfiyyətsiz alkoqoldan zəhərlənərək həyatını itirib. Daha öncə 17 nəfərin öldüyü və 40 nəfərin xəstəxanaya yerləşdirildiri bildirilirdi.

Trend-in məlumatına görə, hadisə qurbanları Assam ştatının çay sahələrinin işçiləri olub. İşçilər əmək haqqının alınmasını qeyd edərkən tərkibində metanol olan likör içiblər.

İçkini istehsal edən şirkətinin rəhbəri və daha 4 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti