...

Masallıda ağır qəza - Sürücünün meyitini FHN çıxardı

Hadisə Materials 23 Fevral 2019 14:02 (UTC +04:00)
Masallı rayonunun Təzə Alvadı kəndində “Mercedes” və “Nissan” markalı iki minik avtomobili toqquşub.
Masallıda ağır qəza - Sürücünün meyitini FHN çıxardı

Bakı. Trend:

Masallı rayonunun Təzə Alvadı kəndində “Mercedes” və “Nissan” markalı iki minik avtomobili toqquşub.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Nissan” markalı minik avtomobilinin sürücüsü, 1947-ci il təvəllüdlü Ağayev Adışirin Astan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti