...

Bakıda İraq vətəndaşını qarət edən şəxsə hökm oxundu

Hadisə Materials 25 Fevral 2019 12:34 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Salam Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda İraq vətəndaşını qarət edən şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Salam Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Cəfərov 2 il azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü S.Cəfərov paytaxtda İraq vətəndaşı Al-Darraji Mohammed Abed Jiheelinin telefonunu quldurluq yolu ilə ələ keçirib.

Əcnəbi vətəndaşın şikayəti əsasında o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

S.Cəfərova qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti