...

Bakıda ölümlə nəticələnən yol qəzası törədən sürücüyə hökm oxundu

Hadisə Materials 27 Fevral 2019 14:14 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Şixiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Bakıda ölümlə nəticələnən yol qəzası törədən sürücüyə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Şixiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı A.Şixiyevin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə A.Şixiyev 5 il 11 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin yayında Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12-nin qarşısında A.Şixiyevin idarə etdiyi “Kia” markalı avtomobil Vəliyev Kənan Salman oğlunun idarə etdiyi “Mersedes” markalı avtomobili vurub.

Nəticədə “Mersedes”də olan 3 nəfər ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Avqust ayının 12-də isə xəsarət alanlardan 1972-ci il təvəllüdlü Cəbiyev Hamlet Rəfael oğlu xəstəxanada vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti