...

DSX: 17 kq-dan artıq narkotik vasitənin sərhəddən keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 28 Fevral 2019 13:38 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik va­si­tələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mü­­barizə sahəsində keçirilmiş tədbirlər nəticəsində 17 kq 285 qram narkotik vasitənin və 3000 ədəd psixotrop preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.
DSX: 17 kq-dan artıq narkotik vasitənin sərhəddən keçirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik va­si­tələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mü­­barizə sahəsində keçirilmiş tədbirlər nəticəsində 17 kq 285 qram narkotik vasitənin və 3000 ədəd psixotrop preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.

DSX-dən Trend-ə verilən məlumata görə, 26 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəs­təsinin xidməti ərazisində Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qar­şı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­rilib, 2 ədəd sarı və ağ rəngdə torbalarda 4 kq 75 qr “heroin” və 4 kq 290 qr “marixuana” aşkar olunaraq götürül­üb.

26 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Göytəpə” sərhəd dəs­təsinin xidməti ərazisində Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti sahəsində sərhəd naryadı tərəfindən əraziyə baxış keçiri­lərkən 2 ədəd sahibsiz halda bağlama aşkarlanıb. Bağla­malara baxış zamanı 7 kq 900 qr “tiryək”, 1 kq 20 qr “heroin”, 3000 həb “metadon-40” psixotrop preparatlar və 2 qutu tütün məmu­latları aşkarlanıb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti