...

Sumqayıt Texnologiyalar Parkından 450 min manat oğurlayan şəxsə hökm oxundu

Hadisə Materials 1 Mart 2019 17:32 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rauf Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Nəbiyev 5 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il Sumqayıt şəhəri ərazisində yerləşən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin mühasib otağından 450 min manat oğurlanıb. Hadisəni Sumqayıt şəhər sakini R.Nəbiyevin törətməsi müəyyənləşib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb.

Saxlanılan şəxs MMC-də təhlükəsizlik üzrə növbə rəisi işləyib. R.Nəbiyevin seyfdən oğurladığı pulun böyük hissəsi onun yaşadığı evdən aşkar olunaraq maddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək MMC-yə qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti