Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Malatya vilayətində zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanların 4,1 bal gücündə qeydə alındığı bildirilir.
Məlumata görə, zəlzələ yerin 7 kilometr dərinliyində olub.
Yeraltı təkanlar nəticəsində xəsarət alan olmayıb. Dağıntılar barədə məlumat verilmir.
Qeyd edək ki, Türkiyə seysmik cəhətdən aktiv ərazidə yerləşir.