...

Gəncədə 23 yaşlı qız qohumunun evindən itkin düşdü

Hadisə Materials 28 Mart 2019 20:43 (UTC +04:00)
Gəncədə 23 yaşlı qız itkin düşüb.
Gəncədə 23 yaşlı qız qohumunun evindən itkin düşdü

Bakı. Samir Əli - Trend:

Gəncədə 23 yaşlı qız itkin düşüb.

Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

Gəncə şəhəri, F.Xoyski küçəsi, 6-cı dalan, ev 8-də yaşayan 1996-cı il təvəllüdlü Nərgiz Elcan qızı Muxtarova martın 26-da Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 92-də qohumu Allahverdi Eyyub oğlu Hüseynovun evinə gəlib.

N.Muxtarova həmin gün axşam saatlarında o evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti