...

Hindistanda avtobus yük maşını ilə toqquşub: 8 ölü, 30 yaralı

Hadisə Materials 29 Mart 2019 08:35 (UTC +04:00)
Hindistanda avtobus yük maşını ilə toqquşub.
Hindistanda avtobus yük maşını ilə toqquşub: 8 ölü, 30 yaralı

Bakı. Trend:

Hindistanın Uttar Pradeş ştatında, Yeni Dehli şəhəri yaxınlığında səhər saatlarında sərnişinlə dolu avtobus yük maşını ilə toqquşub.

Trend-ə verilən məlumata görə, hadisə nəticəsində ən azı 8 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Qəza sürət magistralında qeydə alınıb. Hadisənin səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti