...

Keşlə dəmiryolu stansiyasından oğurluq edən 3 nəfər saxlanılıb

Hadisə Materials 8 Aprel 2019 12:30 (UTC +04:00)
Polis əməkdaşlarının sayıqlığı sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.
Keşlə dəmiryolu stansiyasından oğurluq edən 3 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Polis əməkdaşlarının sayıqlığı sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 7-də saat 1 radələrində Keşlə dəmiryolu stansiyasının ərazisindən 10 ədəd relsi oğurlamağa cəhd göstərən 3 nəfər Nizami RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Keşlə Xətt Polis Bölməsinə təhvil veriliblər.

Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Şamaxı rayon sakini M.Xəlilov, Sumqayıt şəhər sakini İ.Ağayev və Bakı şəhər sakini S.Xanıyev olduqları müəyyən edilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti