...

İranda helikopter qəzasında bir nəfər ölüb (YENİLƏNİB)

Hadisə Materials 10 Aprel 2019 13:14 (UTC +04:00)
İranın Qərbi Azərbaycan vilayətində Urmiya rayonunun dağlıq ərazilərində hüquq-mühafizə orqanlarına məxsus helikopter qəzaya uğrayıb.
İranda helikopter qəzasında bir nəfər ölüb (YENİLƏNİB)

İlk xəbər saat 13:04-də yayılıb

Bakı. Elnur Bağışov - Trend:

İranda helikopter qəzasında bir nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayəti valisinin siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Əli Mustəfəvi bildirib.

Onun sözlərinə görə, qəza nəticəsində 3 nəfər yaralanıb.

XXX

saat 13:04

İranın Qərbi Azərbaycan vilayətində Urmiya rayonunun dağlıq ərazilərində hüquq-mühafizə orqanlarına məxsus helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.

M.Xalidinin sözlərinə görə, ilkin məlumatlara görə, hadisə zamanı 4 nəfər yaralanıb.

Hadisə yerinə 5 təcili yardım maşını ezam olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti