...

Prokuror qohumunu bıçaqlayan şəxsə 4,6 il cəza istədi

Hadisə Materials 11 Aprel 2019 12:31 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu bıçaqlamaqda təqsirləndirilən Əflatun Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Prokuror qohumunu bıçaqlayan şəxsə 4,6 il cəza istədi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu bıçaqlamaqda təqsirləndirilən Əflatun Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror Ə.Əliyevin 4 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası aprelin 17-nə təyin olunub.

İttihama görə, ötən il Bakıda Ə.Əliyev qohumu Cavid Cavadovu bıçaqlayıb. Ə.Əliyevin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti