...

Qubada 4 otaqlı ev yanıb

Hadisə Materials 21 Aprel 2019 20:51 (UTC +04:00)
Qubada yanğın qeydə alınıb
Qubada 4 otaqlı ev yanıb

Bakı. Trend:

Qubada yanğın qeydə alınıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Alekseyevka kəndində ümumi sahəsi 250 m² olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 125 m² sahədə və 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti