...

Bakıda 52 yaşlı qadını maşın vurdu

Hadisə Materials 25 Aprel 2019 10:01 (UTC +04:00)
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Bakıda 52 yaşlı qadını maşın vurdu

Bakı. Samir Əli - Trend:

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Yasamal rayonu, Ş.Mehdiyev küçəsində baş verib.

Bakı şəhər sakini Həsənov Laçın Gülbala oğlu "Cerry" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən, 1967-ci il təvəllüdlü Yusifova Təranə Əlihüseyn qızını vurub.

Yaralı ağır kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti