...

Bakıda piyadanı vurub öldürən marşrut sürücüsü 6 il cəza aldı

Hadisə Materials 21 May 2019 16:07 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü Bəxtiyar Həmzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda piyadanı vurub öldürən marşrut sürücüsü 6 il cəza aldı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü Bəxtiyar Həmzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən B.Həmzəliyev 6 il azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.

İttihama görə, Sabunçu rayonunun Maştağa qəsəbəsində, qəsəbə sakini Bəxtiyar Həmzəliyev idarə etdiyi “İsuzu” markalı marşrut avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti