...

Şəkidə qəza iki bacını xəstəxanalıq etdi - Biri komadadır

Hadisə Materials 4 İyun 2019 17:57 (UTC +04:00)
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
Şəkidə qəza iki bacını xəstəxanalıq etdi - Biri komadadır

Bakı. Ceyhun Ələkbərov - Trend:

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza bir neçə dəqiqə əvvəl qeydə alınıb. Taksi fəaliyyəti ilə məşğul olan "Jiquli" markalı avtomobilin "Mercedes" ilə toqquşması nəticəsində iki nəfər xəsarətlər alıb.

Xəsarət alan şəxslər taksinin sərnişinləri olan iki bacıdır. 1974-cü il təvəllüdlü Bəkirova Ruziyə Əlövsət qızı bədənin, başın müxtəlif nahiyələrinin travması, 1979-cu il təvəllüdlü Mabudova Leyli Əlövsət qızı isə sol qolun aşağı hissəsinin sınığı ilə xəstəxanaya yerləşdiriliblər.

Hazırda R.Bəkirova reanimasiya şöbəsindədir və onun komada olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti