...

Şəkidə yanğın olub

Hadisə Materials 10 İyun 2019 05:50 (UTC +04:00)
Şəkidə yanğın olub

Bakı. Trend:

Şəkidə yanğın qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin Sarıca kəndində "T-28" markalı traktorun qoşqusu və qoşqusuna yığılan 20 ton ot bağlamasının 11 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti