Bakı. Ceyhun Ələkbərov - Trend:
Ötən gecə Xırdalanda yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, qəza Xırdalan dairəsinin yaxınlığında qeydə alınıb. Motosikletin qəza dörədməsi nəticəsində 1999-cu il təvəllüdlü Nuray Etibar qızı dünyasını dəyişib. Qəzada daha iki nəfər xəsarət alıb.
Onlar 2005-ci il təvəllüdlü Fərəczadə Ramal Ramil oğlu və 1996-cı il təvəllüdlü Bəkirov İlkin Mürsəl oğludur.
Baş vermiş hadisənin təfərrüatları araşdırılır.