...

Qobustan Dövlət Qoruğundakı yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 14 İyun 2019 20:08 (UTC +04:00)
Qaradağ rayonu Qobustan Dövlət Qoruğunun ərazisində baş vermiş yanğın söndürülüb.
Qobustan Dövlət Qoruğundakı yanğın söndürülüb (YENİLƏNİB)

Bakı. Trend:

Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq canlı qüvvə və texnikası tərəfindən saat 18:55-də söndürülüb.

Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində 10 ha sahədə quru ot və kol-kos yanıb.

XXX

17:54

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti