Bakı. Trend:
Beyləqanda yanğın qeydə alınıb.
FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Örənqala qəsəbəsində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər və ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.