...

İranda üç hərbçi öldürülüb

Hadisə Materials 9 İyul 2019 23:08 (UTC +04:00)
İranın qərbində silahlıların hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun üç hərbi qulluqçusu həlak olub
İranda üç hərbçi öldürülüb

Bakı. Trend:

İranın qərbində silahlıların hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun üç hərbi qulluqçusu həlak olub.

Trend-in məlumatına görə, insident İranın Qərbi Azərbaycan vilayətində, Piranşahr şəhərində baş verib.

Qeyd olunur ki, silahlılar hərbi qulluqçuların olduğu nəqliyyat vasitəsini atəşə tutub. Bunun nəticəsində üç hərbi qulluqçusu öldürülüb, daha bir nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti