Bakı. Trend:
Batma təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas olunub.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, iyulun 10-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh və Zağulba sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.