...

Bakıda 2 mağaza yanıb

Hadisə Materials 15 İyul 2019 09:08 (UTC +04:00)
Bakıda 2 mağaza yanıb
Bakıda 2 mağaza yanıb

Bakı. Trend:

Bakıda 2 mağaza yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Qaradağ rayonunda ümumi sahəsi 40 m² olan mağazada elektrik tənzimləyici qurğu yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə əriyib.

Xətai rayonunda isə ümumi sahəsi 60 m² olan mağazada 4 ədəd vitrin soyuducusu və içərisindəki ərzaq malları yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib.

Hər iki mağazanın qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti