Dənizdə batan 6 nəfər xilas edilib - 5-i əcnəbidir

Hadisə Xəbər 17 İyul 2019 08:02 (UTC +04:00)

Bakı. Trend:

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən, Novxanı və Şıxov sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər (onlardan 5 nəfəri xarici ölkə vətəndaşıdır) xilas olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti