Bakı. Trend:
Şirvanda binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 400 m² olan birmərtəbəli binanın (fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.