...

Sumqayıtda “Nur” şadlıq sarayında yanğın baş verib (YENİLƏNİB)

Hadisə Materials 24 Avqust 2019 23:23 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıt şəhərində “Nur” şadlıq sarayında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb.

XXX

22:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində “Nur” şadlıq sarayında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti