Bakı. Samir Əli - Trend:
Abşeron rayonunda avtomobil yuyan şəxsi elektrik cərəyanı vurub.
Trend-in məlumatna görə, hadisə rayonun Masazır qəsəbəsində, "Əlincə" Futbol klubunun qarşısındakı avtoyuma məntəqəsində baş verib.
Avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Aqapov Vadim Viktoroviç "Zil" markalı yük avtomobilini yuyarkən açıq elektrik xəttinə toxunub. Nəticədə o, yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.