Bakı. Trend:
Sumqayıtda kafe yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, kafenin ərazisində ümumi sahəsi 35 m² olan mətbəxin yanar konstruksiyaları və əşyaları yanıb.
Ərazidə olan koteclər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.