...

Salyan sakinindən külli miqdarda narkotik götürülüb (FOTO)

Hadisə Materials 6 Sentyabr 2019 19:46 (UTC +04:00)

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

​Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Marışlı kənd sakini 37 yaşlı Daşqın Əliyev saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus pay torpağına baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti