...

Maşın qoşqu ilə toqquşdu, sürücü xəstəxanada öldü

Hadisə Materials 18 Sentyabr 2019 16:57 (UTC +04:00)
Masallı rayonunun Yeddioymaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Maşın qoşqu ilə toqquşdu, sürücü xəstəxanada öldü

Bakı. Samir Əli - Trend:

Masallı rayonunun Yeddioymaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 17-də saat 3 radələrində Masallı rayonunun Yeddioymaq kəndi ərazisində Mehdi Əhmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobili qarşıda gedən Lənkəran rayon sakini C.Fəttayevin idarə etdiyi “KamAZ” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş M.Əhmədov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti